ANAMA sədri: Ermənistan mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb

ANAMA sədri: Ermənistan mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb

Mina hadisələrinin 70 faizi keçmiş təmas xəttindən içəridə olan ərazilərdə baş verib.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında söyləyib.

“Bu da onu göstərir ki, mina döşənən ərazilər tək keçmiş təmas xətti deyil. Qarşı tərəf təəssüf ki, heç bir məntiqə uyğun olmayan və sırf mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb”, – deyə ANAMA sədri bildirib.

CATEGORIES