
ANAMA tərəfindən azad edilən ərazilərdə daha 178 ədəd PHS aşkar edilib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2022-ci il iyulun 11-dən 16-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 8 492 075 m2 (849.2 ha) ərazi yoxlanılıb, 111 ədəd piyada və 10 ədəd tank əleyhinə mina, 178 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər