ANAMA tərəfindən azad edilən ərazilərdə daha 206 ədəd PHS aşkar edilib

ANAMA tərəfindən azad edilən ərazilərdə daha 206 ədəd PHS aşkar edilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il iyunun 1-dən 4-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 3 572 236 m2 (357 ha) ərazi yoxlanılıb, 54 ədəd piyada və 25 ədəd tank əleyhinə mina, 206 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anama 1

Poliqon.az

CATEGORIES
TAGS