ANAMA tərəfindən “Azərenerji”nin nümayəndələrinə təlim keçirilib

ANAMA tərəfindən “Azərenerji”nin nümayəndələrinə təlim keçirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Energetika Nazirliyinin müraciəti əsasında işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən “Azərenerji” ASC-nin nümayəndələrinə 27 iyul tarixində Agentliyin Göygöl Regional Mərkəzində “Mina və Partlayıcı Sursatların Təhlükəsinə Dair Maarifləndirmə” üzrə təlim keçirilib.

Bu barədə “Poliqon”a Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

İcra edilən təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə məlumatlar verilib. Eləcə də, vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib.

Təlim keçən şəxslərə əsas qaydalara dair təlimat kitabçası təqdim edilib. Kitabçalar əsasında təlimdə iştirak edən şəxslər ANAMA tərəfindən tərtib olunmuş aktları “Mina və Partlayıcı Sursatların Təhlükəsinə Dair Maarifləndirmə” üzrə məlumatlı olduğuna dair imzaları ilə təsdiqləyiblər.

Qeyd edək ki, ANAMA işğaldan azad edilən ərazilərdə arıçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri, eləcə də energetika, bərpa və quruculuq fəaliyyəti ilə məşğul olan şəxslər üçün maarifləndirmə tədbirləri həyata keçirir. Tədbirlər  müharibədən zərərçəkmiş rayonların məktəblərində və məcburi köçkün qəsəbələrində də davam etdirilir.

PHOTO 2021 07 27 18 12 43 PHOTO 2021 07 28 09 09 21 1 PHOTO 2021 07 28 09 09 21 2 PHOTO 2021 07 28 09 09 21 3 PHOTO 2021 07 28 09 09 21

Poliqon.az

CATEGORIES
TAGS