ANAMA və Müdafiə Nazirliyi birlikdə 3514 ha ərazini minalardan təmizləyib

ANAMA və Müdafiə Nazirliyi birlikdə 3514 ha ərazini minalardan təmizləyib

Hal-hazırda, işğaldan azad olunmuş bütün rayonlarda minatəmizləmə fəaliyyəti davamlı olaraq həyata keçirilir.

Bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov POLİQON jurnalına müsahibəsi zamanı danışıb.

Sədr bildirib ki, minatəmizləmə fəaliyyətinə ANAMA-dan başqa bir sıra qurumlar da cəlb olunub: “Bunlar Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli – şirkətlərdir. Hansılar ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyəti icra edir. Minatəmizləmə əməliyyatına cəlb edilən qurum və yerli şirkətlər tərəfindən ümumilikdə, 86 min hektar ərazi təmizlənmiş və təmizləmə əməliyyatları nəticəsində 90 min ədədə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilmişdir”.

Daha sonra ANAMA və Müdafiə Nazirliyi tərəfindən Cəbrayılda yerinə yetirilən birgə minatəmizləmə əməliyyatlarına toxunulub.

Ümumiyyətlə, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumların potensialının effektiv, səmərəli və rasional istifadə olunması üçün biz bu ildən sözügedən formatda minatəmizləmə əməliyyatları həyata keçiririk. Müdafiə Nazirliyinin tabeliyində olan MEMATT tipli mexaniki minatəmizləmə maşınlarından istifadə etməklə ANAMA-nın minatəmizləyənləri birgə təmizləmə əməliyyatları həyata keçirirlər. İcra edilən birgə layihə çərçivəsində 3514 ha ərazi təmizlənib”, – deyə Vüqar süleymanov qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS