“Anatolian Phoenix – 2023” təlimində müxtəlif tapşırıqlar yerinə yetirilib – VİDEO

“Anatolian Phoenix – 2023” təlimində müxtəlif tapşırıqlar yerinə yetirilib – VİDEO

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix – 2023” (Anadolu Ankası – 2023) beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub.

Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəni Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edir.

70406ac3c2963aca4a7305a5a4bb5164

Poliqon.az

CATEGORIES