“Andøya Space” ilə “Rheinmetall” Avropanın kosmik bacarıqlarını gücləndirmək istəyir

“Andøya Space” ilə “Rheinmetall” Avropanın kosmik bacarıqlarını gücləndirmək istəyir

Norveçin “Andøya Space” və Almaniya mərkəzli “Rheinmetall”ın törəməsi olan “Rheinmetall Nordic AS” şirkətləri mülki və hərbi kosmik əməliyyatlar üçün qarşılıqlı kommersiya imkanlarını artırmaq məqsədilə niyyət məktubu imzalayıblar.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bu tərəfdaşlığın məqsədi Avropada artan təhlükəsizlik tələblərinə cavab vermək üçün peykləri və kosmik aktivləri sürətlə yerləşdirməkdir.

“Andøya Space” və “Rheinmetall” Norveçin Andøya şəhərində peyk və buraxılışla bağlı dəyər zəncirindəki boşluqları aradan qaldırmağa fokuslanacaqlar. Bu əməkdaşlıq Avropa qitəsindən müntəzəm kommersiya buraxılış xidmətləri və çevik, sürətli reaksiya qabiliyyətləri təmin edəcək. Həmçinin Təhlükəsiz Cavablandırıcı Buraxılış (TacRL) imkanları təqdim edərək peyklərin sürətli reaksiyalarla təhlükəsiz və dayanıqlı əməliyyatlarını təmin edəcək.

Buna görə, “Andøya Space” ilə “Rheinmetall” arasındakı əlaqə Almaniya, Norveç və NATO üzv dövlətləri ilə digər strateji tərəfdaş ölkələrin strateji hərbi və mülki kosmik infrastrukturunu qorumaqda əhəmiyyətli olacaq. Hər iki şirkət strateji müstəqilliyi təmin etmək, reaksiya sürətini artırmaq, yeni imkanların daha sürətli yerləşdirilməsini və geosiyasi mühitdə əməliyyat üstünlüklərini təmin etmək barədə razılıq verib.

CATEGORIES
TAGS