Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açılıb

Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açılıb

Ötən ilin 27 sentyabrından başlayan və Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Anım Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Azərbaycan torpaqlarının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilib.

Azərbaycan Şəhidlərinə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.

Poliqon.az

CATEGORIES
TAGS