Anım Günü ilə əlaqədar Bakıda yürüş keçirilib

Anım Günü ilə əlaqədar Bakıda yürüş keçirilib

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Azərbaycanın əsgər və zabitlərinə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlara ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

“Poliqon” xəbər verir ki, yürüşdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Sonra dövlət başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

Yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Təməlqoyma mərasimindən sonra Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad etdilər.

Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərindən fasiləsiz fit səsi verildi, toplardan yaylım atəşi açıldı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

pr1 3

pr2 2

pr3 2

pr4

pr5

pr6

Poliqon.az

CATEGORIES
TAGS