ANKA III pilotsuz döyüş təyyarəsinin növbəti sınaq uçuşu həyata keçirilib

ANKA III pilotsuz döyüş təyyarəsinin növbəti sınaq uçuşu həyata keçirilib

TUSAŞ şirkitnin inkişaf etdirdiyi ANKA III pilotsuz döyüş təyyarəsinin 3-cü sınaq uçuşu həyata keçirilib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, sınaq uçuşunda 2 saat havada qalan ANKA III 160 knot sürətə çataraq 10 min fut yüksəkliyə qalxıb.

Həmçinin uçuş zamanı ANKA III-ün avtopilot və uçuş mexanikasının sınaqları da yerinə yetirilib.

Qeyd edək ki, ilk uçuşnu ötən ilin 28 dekabrında həyata keçirən ANKA III pilotsuz döyüş təyyarəsi həmin vaxt 1 saat 10 dəqiqə havada qalmış və sınaq boyunca 8 min fut yüksəkliyə qalxaraq testi uğurla tamamlamışdı.

CATEGORIES
TAGS