“Anka” PUA-larından istifadə edən ölkələrin sayı artır

“Anka” PUA-larından istifadə edən ölkələrin sayı artır

Türkiyənin TUSAŞ şirkəti Malayziya Hərbi Hava Qüvvələrinə 3 ədəd “Anka” pilotsuz uçuş aparatı (PUA) tədarük edəcək.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunun üçün Malayziyanın Lanqkavi bölgəsində keçirilən LIMA-2023 sərgisi çərçivəsində TUSAŞ və Malayziyanın Müdafiə Nazirliyi arasında 100 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, peyk idarəetmə qabiliyyətinə malik “Anka” PUA-larda Malayziya HHQ-nin ehtiyaclarına uyğun radarlardan istifadə olunacaq. Onların sifarişçiyə təhvil verilməsi ilə bağlı bütün işlər 2 il ərzində başa çatdırılacaq.

Qeyd olunub ki, hazırkı müqavilə Faza-1 adlansa da, Malayziyanın sonrakı “Anka” tədarükü Faza-2 və Faza-3 şəklində davam edəcək.

Poliqon.az

CATEGORIES
TAGS