“Anka” PUA uçuş rekordu qırıb – VİDEO

“Anka” PUA uçuş rekordu qırıb – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan yeni nəsil “Anka” pilotsuz uçuş aparatı (PUA) uçuş rekordunu yeniləyib.

“Poliqon” TUSAŞ şirkətinə istinadən xəbər verir ki, havada 30 saat 30 dəqiqə xidməti uçuş həyata keçirən “Anka” PUA ən uzun vaxt uçuş etmə rekordunu qırıb.

Qeyd edək ki, orta hündürlük və uzaq məsafə (MALE) sinifli “Anka” PUA-nın müxtəlif konfiqurasiyaları var. TUSAŞ şirkəti tərəfindən yerli imkanlar hesabına dizayn və istehal edilən “Anka” PUA Türkiyə ilə yanaşı Tunis və Qazaxıstan Silahlı Qüvvələri tərfindən istifadə edilir.

“Anka” PUA-nın yeni versiyaları Türkiyə istehsalı olan 1 ədəd 170 at gücündə PD170 mühərriki ilə təchiz olunub. “Anka”lar konfiqurasiyasından asılı olaraq 230-350 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir. “Anka” PUA-nın faydalı yükünə ASELSAN şirkətinin istehsalı olan CATS elektro-optik kamera dəsti, “ViaSAT” və ya Türkiyənin “CTech” şirkətinin istehsalı olan SATCOM peyk rabitəsi, yerli istehsal olan IFF və radiolink daxildir.

“Anka” PUA mənzili artırılmış SARPER +, SAR / ISAR / dəniz axtarış radarı ilə təchiz edilib. Bununla “Anka” PUA dəniz səthi və quruda hədəfləri uzaqdan təsbit edir və aşkarlayır, o cümlədən hərəkət edən hədəfləri təsbit edir və izləyir.

Habelə “Anka” PUA-lara inteqrasiya edilmiş AIS avtomatik identifikasiya sistemi sayəsində bütün radar, görüntü və avtomatik identifikasiya sistemi kəşfiyyatı məlumatları komanda mərkəzlərinə ötürülə bilir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş