SərgilərXəbərlər

ANKA və AKSUNGUR PUA-ları üçün TEI-PD170 turbodizel mühərrikləri tədarük ediləcək

Türkiyənin TUSAŞ və TEI şirkətləri arasında ANKA və AKSUNGUR pilotsuz uçuş aparatlarında (PUA) istifadə ediləcək 100 ədəd TEI-PD170 turbodizel mühərrikinin tədarükü üçün müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, SAHA 2026 sərgisində imzalanan müqavilə TUSAŞ tərəfindən hazırlanmış ANKA və AKSUNGUR PUA-ları üçün mühərrik tədarükü prosesində əhəmiyyətli bir addım hesab olunur.

Yeni müqavilə ilə məqsəd milli pilotsuz uçuş aparatlarında yerlilik payını artırmaq və Türkiyənin hərbi aviasiya sahəsində təchizat müstəqilliyini gücləndirməkdir.

Back to top button