
“Antasena” zirehli qayığının atəş sınaqları keçirilib
İndoneziyanın müdafiə sənayesi tərəfindən hazırlanan “Antasena” zirehli qayığının atəş sınaqları keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə İndoneziyanın “PT Pindad” şirkəti məlumat yayıb.
Zirehli qayığın sınağı Şərqi Yava sahillərində baş tutub. Sınaqlar çərçivəsində “Antasena” zirehli qayığı 170 mil məsafəni qət edib və əsas silahı olan 30 mm-lik avtomatik topla suüstü hədəfləri uğurla vurub.
İlk “Tank Boat” 30 mm-lik avtomatik topla silahlanmış CPWS Gen 2 döyüş qülləsi ilə yüngül versiyada hazırlanıb. Gələcəkdə topun çapı 105 mm-ə qədər artırıla bilər. Köməkçi silah kimi qayıqda iki ədəd iriçaplı pulemyot quraşdırılıb. Zirehli qayıq 60-a qədər əsgər daşıya və 40 düyün sürətlə üzə bilir.
Əhəd Əzizov
CATEGORIES Xəbərlər