HavaXəbərlər

APKWS Britaniya HHQ-nin “Typhoon” qırıcılarına aşağı qiymətli dəqiq zərbə imkanı qazandıracaq

“BAE Systems” şirkətinin APKWS lazer tuşlama dəsti cari ilin may ayında Böyük Britaniya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Eurofighter Typhoon” qırıcılarına inteqrasiya ediləcək.

“Poliqon” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

10 ildən artıq müddətdə döyüş şəraitində sınaqdan çıxmış “BAE Systems”in APKWS, aşağı qiymətli dəqiq döyüş sursatı konsepsiyasına uyğun olaraq hazırlanıb. Tuşlama dəsti “Hydra” və digər 70 mm-lik (2.75 düym) idarəolunmayan raketləri dəqiq idarəolunan raketlərə çevirir. Bu isə hədəflərin yüksək dəqiqliklə vurulmasına, əlavə zərərin minimuma endirilməsinə və effektiv məhvetmə qabiliyyətinin artırılmasına imkan verir.

APKWS lazer tuşlama dəsti helikopterlər, döyüş təyyarələri, pilotsuz uçuş aparatları, stasionar və mobil quru platformaları, eləcə də dəniz vasitələri üçün aşağı qiymətli və yüksək dəqiqlikli zərbə imkanı təqdim edir. APKWS 12 ildən artıqdır seriyalı istehsal olunur və bu günədək 100 mindən çox dəst müştərilərə təhvil verilib.

Qeyd edək ki, APKWS lazer tuşlama dəsti “Eurofighter Typhoon” qırıcılarına hədəfləri yüksək dəqiqliklə və aşağı xərclə məhv etmək imkanı qazandıracaq. Bu isə Britaniya HHQ-nin xüsusilə ucuz qiymətli PUA və dron təhdidlərini daha dəqiq və effektiv şəkildə zərərsizləşdirməsinə imkan verəcək.

JCCUME OFFICIAL 20260428 0131 0023 scaled

Back to top button