QuruXəbərlər

“Archer” ÖAQ-larının ilk partiyası İsveç Silahlı Qüvvələrinə çatdırılıb

“BAE Systems Bofors” şirkəti “Archer” özüyeriyən artilleriya qurğularının (ÖAQ) ilk partiyasını İsveç Silahlı Qüvvələrinə təhvil verib.

“Poliqon” “BAE Systems Bofors”a istinadən xəbər verir ki, bununla əlaqədar Karlskoqa şəhəri yaxınlığındakı Villingsberg poliqonunda mərasim keçirilib.

Mərasimdə çıxış edən “BAE Systems Bofors”un baş direktoru Lena Qillström, “Archer” ÖAQ-ların İsveç Silahlı Qüvvələrinə tədarükünü yüksək qiymətləndirib.

Qeyd edilib ki, bu, İsveçin artilleriya imkanlarının gücləndirilməsi baxımından mühüm mərhələdir və mövcud müqavilə çərçivəsində həyata keçiriləcək növbəti tədarüklər üçün əhəmiyyətli addım hesab olunur.

Back to top button