ARES 122 ədəd patrul kateri inşa edəcək

ARES 122 ədəd patrul kateri inşa edəcək

Türkiyənin Əmniyyət Baş İdarəsi ARES Tərsanəsinə 17 ədəd patrul kateri sifariş verib.

“AzeriDefence” xəbər verir ki, bu barədə ARES Tərsanəsinin İdarə Heyətinin sədri Kərim Kalafatoğlu “Euronewsport”a müsahibəsində deyib.

K.Kalafatoğlu bildirib ki, ARES Tərsanəsində Sahil Mühafizəsi Komandanlığı, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsinin ehtiyaclarını qarşılamaq üçün dizayn edilən ARES 35 FPB (Fast Patrol Boat) sürətli patrul katerlərinin inşası davam edir.

“Müdafi Sənayesi Komitəsi (SSB) ilə bağlanan müqaviləyə əsasən Patrul Kateri Layihəsi həyata keçirilir. Layihə çərçivəsində Sahil Mühafizəsi Komandanlığı üçün 105 ədəd katerin inşası planlaşdırılırdı. Əmniyyət Baş İdarəsinin sifariş etdiyi 17 ədəd katerin əlavə edilməsilə ARES Tərsanəsi tərəfindən inşa ediləcək patrul katerlərinin sayı 122-ə yüksəlib”, – deyə K.Kalafatoğlu bildirib.

K.Kalafatoğlunun sözlərinə görə, ARES 35 FPB sürətli patrul katerlərinin ilk prototipinin 2020-ci ilin sonunda dənizə endirilməsi planlaşdırılır: “İlk katerin uğurla çatdırılmasından etibarən hər iki ayda 6 ədəd kater Sahil Mühafizəsi Komandanlığı və Əmniyyət Baş İdarəsininə təhvil veriləcək. Bu proses 5 il davam edəcək”.

 

CATEGORIES
TAGS