“Arma 8×8” amfibiya döyüş maşını Xəzər dənizi sınaqlarında – FOTO/VİDEO

“Arma 8×8” amfibiya döyüş maşını Xəzər dənizi sınaqlarında – FOTO/VİDEO

Türkiyənin “Otokar” şirkəti tərəfindən yerli imkanlar hesabına dizayn və istehsal edilən “Arma 8×8” amfibiya tipli zirehli döyüş maşını Qazaxıstanda Xəzər dənizində sınaqdan keçirilib.

Bu barədə “Poliqon”a açıqlamasında “Otokar”ın Qazaxıstanda yerləşən “Otokar Central Asia” şirkətinin İdarə Heyətinin üzvü Ufuk Aybar bildirib.

Ufuk Aybarın sözlərinə görə, Qazaxıstan Silahlı Qüvvələrinin təşkil etdiyi sınaqlar çərçivəsində “Arma 8×8” amfibiya tipli zirehli döyüş maşını torpaqlı, səhra və palçıqlı ərazi şəraitdə, eləcə də nəqliyyat üçün açıq olan şəhərlərarası yollarda və Xəzər dənizində test edilib.

““Arma 8×8” amfibiya tipli nəqliyyat vasitəsi dəfələrlə Xəzər dənizində üzmək qabiliyyətini nümayiş etdirib. Maşın üzərkən üzərindəki silahlardan istifadə etməklə dəniz, quru və hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir,” – deyə şirkət rəsmisi vurğulayıb.

Ufuk Aybar onu da qeyd edib ki, hazırda, sınaqları uğurla tamamlanan “Arma 8×8” zirehli maşının Qazaxıstanda istehsalına dair danışıqlar aparılır və qiymətləndirmə prosesi davam edir.

Poliqon.az

CATEGORIES
TAGS