“Arma 8×8” Türk ordusunun ehtiyaclarına uyğun təkmilləşdirilib – ÖZƏL

“Arma 8×8” Türk ordusunun ehtiyaclarına uyğun təkmilləşdirilib – ÖZƏL

“Otokar” şirkətinin istehsalı olan “Arma 8×8” zirehli maşını Türkiyə ordusunun ehtiyaclarına uyğun olaraq yenidən təkmilləşdirilib.

Bu barədə “Poliqon” jurnalına müsahibəsində “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc deyib.

““Otokar” şirkəti Türkiyə Silahlı Qüvvələrinin yeni start verdiyi Yeni Nəsil Zirehli Maşınlar Layihəsi çərçivəsində “Arma 8×8” zirehli maşının Türk ordusunun ehtiyaclarına uyğun olaraq yenidən təkmilləşdirib.

MRS6271Təkmilləşdirmə nəticəsində “Arma 8×8” zirehli maşının mühafizə sistemi yenilənib, yükgötürmə qabiliyyəti artırılıb. Beləliklə zirehli maşının çəkisi də artıb. Yeni nəsil “Arma” adını alan təkmilləşdirilmiş zirehli maşın ilk dəfə IDEF-2021 sərgisində nümayiş etdirilib.

Ziyarətçilərin maraqla qarşıladığı yeni nəsil “Arma” zirehli maşınına “Aselsan” şirkətinin istehsalı olan “Korhan” döyüş qülləsi inteqrasiya edilib”, – deyə “Otokar” şirkətinin baş direktoru vurğulayıb.

“Otokar” stendində digər bir “Arma 8×8” zirehli maşını üzərində “Aselsan” istehsalı olan 30 mm “Nefer” qülləsi ilə nümayiş etdirilib.

Hazırda iki ölkənin silahlı qüvvələri tərəfindən istifadə olunan “Arma 8×8” zirehli maşını hərəkətliliyi və dözümlülük qabiliyyəti ilə fərqli coğrafiyalarda özünü sübut edib və müxtəlif məqsədlər üçün modul quruluşa malik ideal bir platforma olaraq geniş bir missiyada xidmət edir.arma

Bildirilib ki, “Arma”, döyüş və sülhməramlı əməliyyatlardakı müasir orduların sağ qalma imkanlarına, qorunma səviyyəsinə və hərəkətlilik tələblərinə cavab verir. “Arma” seriyası yüksək döyüş çəkisi və geniş interyerinə əlavə olaraq aşağı silueti ilə də diqqət çəkir. Amfibiya dəsti sayəsində nəqliyyat vasitəsi heç bir hazırlıq olmadan suda hərəkət edə bilir. Zirehli maşının suda hərəkət sürəti 8 km/saat təşkil edir.

“Arma 8×8” yüksək ballistik və mina mühafizəsi olan zirehli monokok korpusu, müxtəlif texniki xüsusiyyətlərə malik missiya avadanlığı və ya silah sistemlərinin inteqrasiyasına imkan verən modul bir platformadır. “Arma” zirehli maşını 7.62 mm-dən 105 mm-ə qədər olan silah sistemlərindən istifadə edilə bilər.

arma4

arma2

Poliqon.az

CATEGORIES
TAGS