“Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir

“Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan komandasının ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib.

Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən azərbaycanlı artilleriyaçılar hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.

Birinci və ikinci yerləri isə müvafiq olaraq Rusiya və Qazaxıstandan olan artilleriyaçılar qazanıblar.

1 10 2 10 4 6

Poliqon.az

 

CATEGORIES
TAGS