Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqlar davam edir

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə Azərbaycan Ordusunun artilleriyaçılarının hazırlıqları davam edir.

Püşkatma mərasimində iştirak edən artilleriyaç əvvəlcə təhlükəsizlik qaydaları, müsabiqənin xüsusiyyətləri, mərhələlər üzrə şərtlər, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olub.

Müsabiqədə istifadə ediləcək silah və döyüş texnikasına baxış keçirildikdən sonra artilleriyaçılar müsabiqənin mərhələlərinin keçilməsi üsullarını məşq etməyə başlayıb.

Hazırlıq prosesini yekunlaşdıqdan sonra minaatanlardan sınaq atışları yerinə yetirib.

Qeyd edək ki, sentyabrın 2-dək davam edəcək müsabiqədə 10 ölkənin artilleriyaçıları yarışacaqlar.

a1 6 a2 6 a3 3 a4 2 a5 2 a6 1 a7 1 a8

Poliqon.az

Back to top button