Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin ilk mərhələsinə start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib,  minaatanlar, qumbaraatanlar və pulemyotlardan atəş tapşırıqları yerinə yetiriblər.

Fərdi mərhələnin nəticələrinə əsasən Azərbaycan hərbçiləri bütün hədəfləri sərrast atəşlə məhv ediblər.

Hakimlərin qərarına görə Azərbaycan hərbçiləri doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.

Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiyadan olan artilleriyaçılar qazanıblar.

mn2 7 mn3 7 mn4 5

Poliqon.az

Back to top button