
“Artilleriya atəşinin ustaları” Qazaxıstana gedib
“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Azərbaycan Ordusunun topçuları Qazaxıstana səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Qazaxıstanın Almatı şəhərində Azərbaycan Ordusunun komandasına müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.
Bildirilib ki, müsabiqəyə 22 nəfərlik artilleriyaçı heyət qatılacaq.
CATEGORIES Xəbərlər