QuruXəbərlər

ASELSAN 157 milyon dollarlıq ixrac müqavilələri imzalayıb

Türkiyənin ASELSAN şirkəti xarici ölkələrdəki son istifadəçilər üçün müxtəlif müdafiə sistemlərinin ixracına dair ümumi dəyəri 157,9 milyon ABŞ dolları olan satış müqavilələri imzalayıb.

Bu barədə “Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, müqavilələr çərçivəsində elektron müharibə, elektro-optik sistemlər, axtarıcı başlıqlar, kəşfiyyat və müşahidə sistemləri, rabitə və silah sistemlərinin ixracı həyata keçiriləcək.

Back to top button