ASELSAN 3100 ədəd SARP döyüş modulu tədarük edib

ASELSAN 3100 ədəd SARP döyüş modulu tədarük edib

ASELSAN şirkəti tərəfindən hazırlanan “Sarp” döyüş modulunun Türkiyənin Quru Qoşunları Komandanlığına və təhlükəsizlik qüvvələrinə tədarükü davam edir.

“Poliqon” xəbər verir ki, 2020-ci ilin sonuna kimi şirkət tərəfindən sifarişçilərə ümumi sayı 3100 ədəd olan “Sarp” döyüş modulu təhvil verilib.

Eyni zamanda ASELSAN şirkəti Macarıstan Silahlı Qüvvələri tərəfindən sifariş edilən “Sarp” döyüş modullarının ölkə ordusuna təhvilini tamamlayıb.

Gecə və gündüz, çətin mühitlərdə müşahidə imkanına malik elektro-optik sistemləri, uzaqdan idarəetmə imkanı verən kompüterli atış-kontrol sisteminə malik “Sarp” həm sabit obyektlər, həm də nəqliyyat vasitələrinin üzərinə qurula bilmə xüsusiyyətinə sahibdir.

“Sarp” moduluna ehtiyaclara uyğun olaraq 12.7 mm çaplı pulemyot, 7.62 mm çaplı pulemyot və 40 mm çaplı avtomatik qumbaraatan daxil etmək olur. Döyüş modulunun “Sarp-NSV”, “Sarp-Dual”, “Sarp-AntiTank” və “Sarp-L” növləri var.

CATEGORIES
TAGS