ASELSAN ADEX-2024 çərçivəsində yeni tərəfdaşlıqlara qapı açmağı hədəfləyir
ASELSAN şirkəti geniş məhsul çeşidini Bakıda keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sənayesi sərgisində təqdim edir.
“Poliqon” xəbər verir ki, ASELSAN, ADEX-2024 sərgisinə həm ev sahibi Azərbaycanla davamlı sıx əlaqələri və əməkdaşlığı, həm də müdafiə sahəsində regionda ən böyük tədbirlərdən biri olduğuna görə böyük əhəmiyyət verir.
Şirkətdən bildirilib ki, dost və qardaş ölkə Azərbaycanla uzun illərdir davam edən möhkəm əlaqələrin mühüm struktur bloklarından biri olan ADEX-də ASELSAN bu il də ən müasir məhsul və sistemləri ilə hərtərəfli və geniş şəkildə iştirak edir.
Bu gün ASELSAN radar, elektron müharibə sistemləri, mikro-elektron tuşlama və elektro-optik sistemlər, müdafiə sistemi texnologiyaları, rabitə və informasiya texnologiyaları sahələrində inkişaf etdirdiyi və döyüş meydanında özünü sübut etmiş unikal texnologiyaları ilə sektorun qlobal liderləri arasına qoşulub. ASELSAN-ın bu il dünyanın 100 ən böyük müdafiə şirkəti siyahısında 5 pillə irəliləyərək 42-ci yerə yüksəlməsi inkişaf etdirməkdə olduğu oyun dəyişdirən texnologiyaların və seqmentində ən yaxşı məhsullarının uğurunun ən konkret göstəricisidir.
Zəngin məhsul çeşidindən nümunələrin nümayiş olunduğu ADEX sərgisində bu il ASELSAN-ın hava platformaları üçün faydalı yükləri, radio və rabitə həlləri, idarə olunan döyüş sursatları, tuşlama dəstləri, baza mühafizəsi və sərhəd təhlükəsizliyi həlləri ön plandadır. ASELSAN sərgi çərçivəsində bu zəngin məhsul portfeli ilə Azərbaycan və yaxın coğrafiyalardakı biznes tərəfdaşlarıdan əlavə, qlobal oyunçularla da əlaqə saxlayaraq həm mövcud əməkdaşlıqlarını inkişaf etdirməyi, həm də yeni tərəfdaşlıqlara qapı açmağı hədəfləyir. ASELSAN müdafiə və təhlükəsizlik sahəsindəki həlləri və sistemləri ilə həm Azərbaycan, həm də qlobal miqyasda yeni əməkdaşlıqlar qurmaq üçün ADEX sərgisini mühüm fürsət kimi qiymətləndirir.
Pilotsuz uçuş aparatlarında sərgilədiyi üstün performansı ilə diqqət çəkən və əməliyyat meydanında özünü sübut etmiş ASELSAN-ın yeni nəsil ASELFLIR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi ADEX-də nümayiş olunan məhsullar arasında ön sıralarda yer almaqdadır. MALE ( “Bayraktar TB2, ANKA-S) və HALE (“Akıncı”, “Aksungur”) sinifli PUA-lar, sabit qanadlı platformalar və fırlanan qanadlı platformalar üçün nəzərdə tutulmuş ASELFLIR-500-ə HD termal kamera, Full HD gündüz görüntü kamerası, HD SWIR kamera, lazer məsafə ölçmə və hədəf işarələmə, lazer işarələmə və lazer nöqtəsini izləmə sistemləri daxildir. Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan və bu il ilk dəfə ixrac edilən ASELFLIR-500, xarici rəqiblərini belə üstələyən performansı ilə PUA-larda istifadə edilən ən keyfiyyətli kameralardan biri olaraq xüsusilə platforma istehsalçılarının böyük diqqətini çəkir.
Döyüş təyyarələrində hədəfləmə, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə edilən yüksək performanslı IR və TV kamerasına, lazer hədəf işarələyicisinə, lazer məsafəölçəninə və lazer nöqtələyiciyə sahib təkmil hədəfləmə podu ASELPOD da ASELSAN-ın sərgidə ön plana çıxan məhsulları arasında yer almaqdadır. Lazer işarələyici və lazer məsafəölçən xüsusiyyətləri ilə döyüş sursatını yönləndirə və hədəfin yerini təsbit edə bilən sistem müxtəlif reaktiv təyyarələrdə inteqrasiya olunmuş şəkildə istifadə olunur və əməliyyat baxımından özünü sübut etmişdir.
Sərhəd təhlükəsizliyi, kritik obyektlər, neft/qaz boru kəmərləri, enerji ötürücü xətləri kimi mühüm və kritik yerləri oğurluq, terror, sızma, təxribat və casusluq fəaliyyətlərindən qorumağa kömək edən Fiber Optik Əsaslı yüksək həssaslığa malik aşkarlama sistemi olan MİDAS və sərhəd təhlükəsizliyi sahəsində ASELSAN-ın təsirli sistemlərdən biri olan DRAGONEYE də ADEX sərgisində nümayiş etdirilən həllər arasındadır. Gecə və gündüz vaxtı, zəif görmə şəraitində kəşfiyyat və müşahidə apara bilən elektro-optik sensor sistemi olan DRAGONEYE yüksək ayırdetmə qabiliyyətinə malik termal kamera, rəngli gündüz kamerası, dəqiq ölçmə bacarığına sahib GPS, DMC və lazer məsafəölçən modullarından ibarətdir. IR lazer nöqtələyici ilə dəstəklənən bu modulyar sistem sürətli və yüksək hədəf aşkarlama qabiliyyəti təmin edir. İnsan və ya nəqliyyat vasitəsi kimi təhdidləri dəqiq şəkildə müəyyənləşdirmək və təsnif etmək üçün Ağıllı Hərəkət Təsbiti və Hədəf Təsnifatlandırmadan istifadə edərək işləyən seysmik sensor təhlükəsizlik sistemi YERGÖZ də ADEX-dəki ASELSAN stendində öz yerini almaqdadır.
Bu il ilk dəfə ixrac edilən ASELSAN-ın lazerlə idarə olunan tuşlama dəsti GÖZDE 28 km məsafəyə və 3 metrdən daha az sapma dəqiqliyinə (dairəvi sapma ehtimalı-CEP) malikdir. O, istifadəçiyə yüksək atış dəqiqliyi və ikinci dərəcəli zərər dəyərlərinə çatmaq imkanı təqdim edir. ADEX-də diqqət çəkən ASELSAN sistemləri arasında yer alan TOLUN idarəolunan döyüş sursatı isə hava platformasından SADAK çoxlu daşıma asqısı ilə buraxıla, sərt və yumuşaq quru hədəflərinə qarşı istifadə edilə bilər. SADAK vasitəsi ilə təyyarənin bir asqısında 4 ədəd (iki asqıda 8 ədəd) daşına bilən TOLUN bu sayədə tək səfərdə 8 fərqli hədəfə eyni vaxtda hücum etmək imkan verir. Sistem açılan qanadları ilə 55 km məsafədəki hədəflərə qarşı təsirlidir. O, nüfuz edən burun quruluşu ilə gücləndirilmiş betonu deşərək betonla qorunan hədəfləri belə məhv edə bilir. Dəqiq zərbə qabiliyyəti və aşağı ikinci dərəcəli zərər xüsusiyyəti ilə mülki yaşayış məntəqələrindəki strateji düşmən hədəflərinə qarşı effektiv şəkildə istifadə edilə bilər. ASELSAN-ın Qanadlı Tuşlama Dəsti (Kanatlı Güdüm Kiti – KGK) və Lazer Tuşlama Dəsti (Lazer Güdüm Kiti – LGK) də ADEX-də ASELSAN stendində nümayiş olunur.
Mobil elementlər və mexanikləşdirilmiş bölmələrin effektiv hava hücumundan müdafiəsi üçün hazırlanmış hava hücumundan müdafiə sistemi olan KORKUT və uzaqdan idarə edilmə xüsusiyyətinə malik 40 mm-lik fiziki məhvetmə sistemi olan ŞAHİN-dən başqa, maşın, kürək, hava və dəniz radioları, peyk antenaları, birləşmiş sorğu və cavablayıcıların daxil olduğu ASELSAN-ın rabitə həlləri də ADEX-də diqqəti cəlb etməsi gözlənilən ASELSAN sistemləri arasındadır.