
ASELSAN adı açıqlanmayan müştərilərə hərbi sistemlər tədarük edəcək
Türkiyənin ASELSAN şirkəti Yaxın Şərq və Afrika bölgəsindəki adı açıqlanmayan müştərilərə tuşlama dəstləri və rabitə sistemləri tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd edilib ki, ASELSAN, sözügedən sistemlərin birbaşa satışı ilə bağlı ümumi məbləği 82 milyon ABŞ dolları olan ixrac müqavilələri imzalayıb.
TAGS Manşet