ASELSAN AESA radarını “Akıncı” PUA-ya inteqrasiya edir
Türkiyənin ASELSAN şirkəti tərəfindən yerli imkanlarla hazırlanan AESA (aktiv elektron skanedən antenna) radarlarının inkişaf prosesi tamamlanmaq üzrədi və “Akıncı” hücum pilotsuz uçuş aparatlarına (PUA) inteqrasiyası üçün işlərə başlanılıb.
“Poliqon” xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Başqanlığının Elektron Müharibə və Radar Sistemləri şöbəsinin müdiri Ahmet Akyol deyib.
ASELSAN müəssisəsində hazırda F-16 “Fighting Falcon” Blok 30 döyüş təyyarəsi və MMU milli döyüş təyyarəsi üçün AESA texnologiyasına sahib radarlar hazırlanır.
Bu sistemlərdən F-16 döyüş təyyarəsinin radarı 2022-ci ildə, MMU milli döyüş təyyarəsinin AESA radarı isə 2026-cı ildə təhvil veriləcək.