ASELSAN AKKOR layihəsini 2021-də tamamlamağı planlaşdırır

ASELSAN AKKOR layihəsini 2021-də tamamlamağı planlaşdırır

Türkiyənin ASELSAN şirkəti tanklara inteqrasiya ediləcək AKKOR aktiv müdafiə sistemi üzərində aparılan işləri 2021-ci ildə tamamlamağı planlaşdırır.

Bu barədə “Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verir.

Şirkət tərəfindən verilən məlumata görə, AKKOR ötən il Türkiyə Ordusunun inventarına daxil edilən PULAT aktiv müdafiə sistemindən daha üstündür.

Qeyd edək ki, AKKOR sisteminin modulyar dizaynı onun müxtəlif tank və zirehli maşınlarda tətbiq edilməsinə imkan verir.

AKKOR tankın ətrafında 360 dərəcə bucaq altında tam qoruma qalxanı yaradır. Bu da sistemin yüksək texnologiyalara əsaslanan radarına üzərinə gələn raket və mərmini qısa zaman içində təyin etmə imkanı verir.

Poliqon.az

CATEGORIES
TAGS