“ASELSAN Bakı” direktoru: “Poliqon” hərbi sahədə obyektiv xəbər mənbəyidir
Türkiyənin ASELSAN şirkəti əvvəlki illərdə olduğu kimi “Poliqon” jurnalı ilə əməkdaşlığı davam etdirir.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasında keçirilən POLİQON jurnalının 10 illik yubiley tədbirində “ASELSAN Bakı” şirkətinin direktoru Özgür Kürüm deyib.
Özgür Kürüm “Poliqon”un professional media qurumu olduğunu və əməkdaşlıq etdiklərindən məmnun qaldıqlarını diqqətə çatdrıb. Şirkət direktoru bildirib ki, “Poliqon” hərbi sahədə obyektiv xəbər mənbəyidir. Eyni zamanda Azərbycan dövlətinə yüksək qatqı verə bilir.
““Poliqon” jurnalının yaradıcısı Rəşad Süleymanov professional jurnalist idi. O, əvvəllər “Azeri Defence”, indi isə “Poliqon” adlanan jurnalı yaratmaqda həm öz professional sahəsinə, həm də, əslində Azərbaycan dövlətinə çox böyük qatqıları oldu. Biz özü ilə uzun dönəm ərzində əməkdaşlıq etdik. Hazırda “Poliqon” jurnalı ilə əməkdaşlıq etməyə davam edirik”, – deyə “ASELSAN Bakı” şirkətinin direktoru vurğulayıb.
Özgür Kürüm ASELSAN şirkətinin “Poliqon” jurnalı ilə əmakdaşlıq etməsinin bir neçə səbəbi olduğunu bildirib.
“Bunun əsasən 2 təməl səbəbi var. Birincisi, “Poliqon” jurnalının həqiqətən professional şəkildə öz işini yerinə yetirməsi, obyektiv yazılar dərc etməsi, ikincisi də təbii ki, vətənə, millətə olan qatqılarıdır. Xüsusilə hərbi sahədə həm obyektiv xəbər verə bilmək, həm də dövlətinə qatqısı ola bilmək inanın çətin bir işdir. Biz bunu bəzən Türkiyədəki işlərdə də görə bilirik. Bu çox asan ola bilmir. “Poliqon” jurnalı bunu yerinə yetirir. Biz də “Poliqon” jurnalı var olduqca dəstək verməyə davam edəcəyik. “Poliqon” jurnalının kollektivinə işlərində uğurlar diləyirəm”, – deyə “ASELSAN Bakı” şirkətinin direktoru Özgür Kürüm deyib.