ASELSAN “Baytaktar TB2” PUA-ları üçün CATS sistemi tədarük edəcək

ASELSAN “Baytaktar TB2” PUA-ları üçün CATS sistemi tədarük edəcək

Türkiyənin “Baykar” və ASELSAN şirkətləri arasında “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) üçün əlavə CATS elektro-optik sensor sisteminin tədarükünə dair müqavilə bağlanıb.

Bu barədə “Poliqon”a ASELSAN şirkətindən məlumat verilib.

Müqavilə Türkiyədə keçirilmiş SAHA EXPO sərgisi çərçivəsində imzalanıb. Müqaviləyə əsasən ASELSAN şirkəti tərəfindən istehsal olunan CATS sistemlər Türkiyə daxilində istifadə olunacaq “Bayraktar TB2” PUA-lara inteqrasiya ediləcək.

CATS elektro-optik kəşfiyyat və hədəfləmə sistemi PUA-lar ilə yanaşı helikopter və təyyarələrdə istifadə edilə bilir. Kütləsi 61 kiloqram olan CATS sistemi 360 dərəcə ətrafda kəşfiyyat və müşahidə aparmaq qabiliyyətinə malikdir.

CATS sisteminə rəngli gündüz kamerası, üçüncü nəsil İR kamerası və optik sensor daxildir. Eyni zamanda müxtəlif hədəfləri izləmə imkanı olan CATS sistemi 25 000 fut yüksəklikdə, isti tempraturda işləyə bilir.

Aselsan

Poliqon.az

CATEGORIES
TAGS