ASELSAN DASAL şirkətinə ortaq oldu
Türkiyənin ASELSAN şirkəti “DASAL Havacılık Teknolojileri” şirkətinə ortaq olub.
“AzeriDefence”nin məlumatına görə, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına təqdim etdiyi xəbərdə bildirilib.
Tərəflər arasında imzalanan müqavilə çərçivəsində ASELSAN 40 min TL ödəmə müqabilində DASAL şirkətində 40 % paya sahib olub.
2015-ci ildə qurulan DASAL aviasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Əsasən pilotsuz uçuş aparatlarının (PUA) istehsalına üstünlük verən DASAL proqram təminatından mexaniki dizayna, aparatdan tutmuş test sistemlərinə qədər hər cür imkanlara sahib olan az sayda şirkətlərdən hesab edilir.
CATEGORIES Aselsan