ASELSAN “Defense News Top 100” siyahısında ilk 30-a daxil olmağı hədəfləyir

ASELSAN “Defense News Top 100” siyahısında ilk 30-a daxil olmağı hədəfləyir

Türkiyənin ASELSAN şirkəti “Defense News” jurnalının 2024-cü il üçün dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti (Defense News Top 100) siyahısındə ötən illə müqayisədə 5 pillə irəliləyərək 47-ci yerdən 42-ci pilləyə yüksəlib.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, Türkiyənin aparıcı müdafiə şirkəti olan ASELSAN 2023-cü ildə təxminən 30% artım göstərərək 3 milyard ABŞ dollarına yaxın müdafiə gəliri ilə bu il “Defense News Top 100” siyahısında 42-ci yerdə qərarlaşıb.

Sözügedən dövrdə şirkətin ümumi dövriyyəsi 3.2 milyard ABŞ dollarına çatıb ki, burada da müdafiə ümumi həcmin 94%-ni təşkil edir.

Bildirilib ki, bu nailiyyət ASELSAN-ın müdafiə sektorunda ixraca əsaslanan böyümə strategiyasına və innovasiyalara güclü bağlılığını vurğulayır. Şirkətin diqqətəlayiq irəliləyişi onun qabaqcıl həllərin inkişafı və ixrac göstəriciləri ilə əlaqəlidir. 2023-cü ildə ASELSAN 601 milyon ABŞ dolları dəyərində yeni ixrac müqavilələri imzalayıb, qlobal əhatə dairəsini 88 ölkəyə və sifarişlərin ümumi həcmini 11.1 milyard ABŞ dollarına çatdırıb.

İxrac yönümlü böyüməyə xüsusi diqqət yetirən ASELSAN şirkəti 2030-cu ilə qədər “Defense News Top 100” siyahısında ilk 30-a daxil olmağı hədəfləyir. Bu məqsədə doğru addımlayan ASELSAN aşağıdakı məsələləri diqqət mərkəzində saxlayır:

  • Öz sahələrində dünyanın ən yaxşı məhsullarını istehsal etmək;
  • Oyun dəyişdirən texnologiyaların inkişafı;
  • İxrac yönümlü strategiya ilə böyümək.

ASELSAN-ın baş direktoru Ahmet Akyol, rəhbərlik etdiyi şirkətin “Defense News Top 100” siyahısındakı yeni sıralamasını qiymətləndirərək öz fikirlərini bölüşüb.

“Top 100 siyahısında yüksəlməyimiz dinamik komandamızın zəhmətinin və fədakarlığının bariz nümayişidir. Təxminən 11000 işçi, 16 yerli törəmə və 18 beynəlxalq ofislə biz daha yüksək reytinqlərə nail olmaq üçün yaxşı mövqedəyik. Məqsədimiz 2030-cu ilə qədər ən böyük 30 müdafiə şirkəti arasında yer almaqdır. Mən komandamızı müstəsna səylərinə görə ürəkdən təbrik edirəm və gələcək nailiyyətlərin şahidi olmağı səbirsizliklə gözləyirəm”, – deyə Ahmet Akyol qeyd edib.

CATEGORIES
TAGS