ASELSAN F-16 AESA radar prototipini bu il təhvil verəcək

ASELSAN F-16 AESA radar prototipini bu il təhvil verəcək

Türkiyənin ASELSAN şirkəti milli imkanlar hesabına F-16 döyüş təyyarələri üçün hazırladığı AESA (aktiv elektron skanedən antenna) radar prototipini cari ilin sonuna qədər sifarişçiyə təhvil verilməyi planlaşdırıb.

“Poliqon” xəbər verir ki, ASELSAN-ın AESA radar Türkiyə Silahlı Qüvvələrinin aviasiya parkında yer alan F-16 Block 30 döyüş təyyarələrinə inteqrasiya olunacaq.

Bundan əvvəl ASELSAN şirkəti tərəfindən açıqlanan radar sistemlərinə dair proqram cədvəlində bu sistemlərdən “Akıncı” PUA-nın radarı 2021-ci ildə, F-16 döyüş təyyarəsinin radarı 2022-ci ildə, MMU milli döyüş təyyarəsinin AESA radarı isə 2026-cı ildə təhvil veriləcəyi bildirilmişdi.

Xatırladaq ki, Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) Elektron Müharibə və Radar Sistemləri şöbəsinin müdiri Ahmet Akyol ötən il “Akıncı” hücum pilotsuz uçuş aparatlarına (PUA) AESA radarının inteqrasiyası üçün işlərə başlanıldığını açıqlamışdı.

Hazırda sözügedən aviasiya vasitələri üçün ASELSAN müəssisəsində AESA radarlarının inkişaf fəaliyyətləri davam etdirilir.

Poliqon.az

CATEGORIES
TAGS