
ASELSAN Filippin Sahil Mühafizəsinin gəmilərini silah sistemləri ilə təchiz edəcək
Filippin Sahil Mühafizəsi “Magbanua” sinfinə aid 97 metrlik patrul gəmilərinin silah sistemlərini gücləndirmək üçün Türkiyənin ASELSAN şirkəti ilə müqavilə imzalayıb.
“Poliqon” “DefenceTurk” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin dəyəri təxminən 6 milyon ABŞ dollarıdır.
Müqavilə çərçivəsində Filippin Sahil Mühafizəsinə iki ədəd 30 mm-lik uzaqdan idarə olunan MUHAFIZ (SMASH) silah sistemi tədarük ediləcək. Bu yeni silah sistemləri hazırda 12.7 mm-lik pulemyotlarla təchiz edilmiş “Magbanua” sinifli gəmilərin əsas silahları olacaq.