ASELSAN ilə xarici müştəri arasında müqavilə imzalanıb

ASELSAN ilə xarici müştəri arasında müqavilə imzalanıb

Türkiyənin ASELSAN şirkəti xarici müştərisi ilə 18,7 milyon ABŞ doları dəyərində satış müqaviləsi imzalayıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə ASELSAN şirkətinin rəsmi sosial media hesabında bildirilib.

Müqavilə çərçivəsində ASELSAN şirkəti adı açıqlanmayan ölkəyə tibbi cihazlar ixrac edəcək.

Müqaviləyə əsasən tibbi cihazların müştəriyə çatdırılmasının bu ilin sonuna qədər tamamlanması planlaşdırılıb.

CATEGORIES
TAGS