
ASELSAN şirkəti ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında hibrid hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilələr imzalanıb.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, müqavilələrin ümumi dəyəri 2,4 milyard avro təşkil edir.
Müqavilələr çərçivəsində həyata keçiriləcək tədarüklər Türkiyə Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarının daha da gücləndirilməsinə xidmət edəcək.





