ASELSAN-ın 127 mm top atış kontrol sisteminin sınaqları keçirilib

ASELSAN-ın 127 mm top atış kontrol sisteminin sınaqları keçirilib

Türkiyənin ASELSAN şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan 127 mm (5/54 kalibr) top atış kontrol sistemi (TAKS) test edilib.

“Poliqon” xəbər verir ki, TAKS Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi altında həyata keçirilən “Barbaros” Sinifli Freqat Yarı Ömür Modernizasiya layihəsi çərçivəsində hazırlanıb.

TAKS aldığı göstərişlərə uyğun olaraq lazımi giriş məlumatlarından istifadə edir. Atış kontrol sistemi 127 mm-lik əsas topun idarə edilməsi və hədəf məlumatlarını əldə edərək quru, su üstü, hava hədəfləri üçün dəqiq atış prinsipləri qurmaq üçün ballistik hesablamalar apara bilir.

127 mm top atış kontrol sistemi Türkiyə Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında HAVELSAN-ASELSAN iş birliyi ilə modernizasiya olunan “TCG Barbaros” freqatına inteqrasiya ediləcək.

“TCG Barbaros” freqatında sınaqları keçirilən TAKS prototipinin ballistik məlumatların (FCI-Fire Control Input) təsdiq edilməsi istiqamətində atışlı fəaliyyətləri icra edilib və uğurla nəticələnib.

Poliqon.az

CATEGORIES
TAGS