ASELSAN-ın CATS EO sistemi “Anka-S” PUA üzərində uçuş sınaqlarını tamamlayıb

ASELSAN-ın CATS EO sistemi “Anka-S” PUA üzərində uçuş sınaqlarını tamamlayıb

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının aviasiya parkında yer alan “Anka-S” pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilmiş, ASELSAN şirkəti tərəfindən istehsal edilən CATS elektro-optik (EO) sensor sisteminin 11 saatlıq uçuş sınağı icra edilib.

ASELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, Batmanda keçirilən sınaqlar zamanı CATS sistemi standartlara cavab verən elektro-optik imkanlarını təsdiqləyib.

Bununla, Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən həyata keçirilən layihə ilə ASELSAN şirkəti tərəfindən hazırlanan CATS-ın iki sursat atışı ilə birlikdə sınaq fəaliyyəti tamamlanıb.

Məlumatda o da qeyd olunub ki, Batmanda keçirilmiş uçuş sınaqlarının tamamlanmasından sonra Türkiyə HHQ-nin tələbi ilə “Anka-S” pilotsuz uçuş aparatında CATS EO sensor sisteminin qəbul testləri həyata keçiriləcək.

CATS elektro-optik sisteminin kütləsi 61 kiloqram təşkil edir. CATS sistemi 360 dərəcə ətrafda kəşfiyyat və müşahidə aparmaq qabiliyyətinə malikdir. CATS sisteminə rəngli gündüz kamerası, üçüncü nəsil İR kamerası və optik sensor daxildir. Eyni zamanda müxtəlif hədəfləri izləmə imkanı olan CATS sistemi 25 000 fut yüksəklikdə, isti tempraturda işləyə bilir.

Qeyd edək ki, CATS elektro-optik kəşfiyyat və hədəfləmə sistemi PUA-lar ilə yanaşı helikopter və təyyarələrdə istifadə edilə bilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS