ASELSAN-ın GÖKER silah sistemi xidmətə hazırdır

ASELSAN-ın GÖKER silah sistemi xidmətə hazırdır

Türkiyənin ASELSAN şirkəti Konyanakı Karapınar poliqonunda 35 mm-lik GÖKER çoxməqsədli silah sisteminin sınaqlarını keçirib.

“Poliqon”un məlumatına görə, sınaqlar zamanı GÖKER silah sistemi mini/mikro pilotsuz uçuş aparatları (PUA) sinfində yer alan olduqca kiçik və çətin hədəfləri uzaq məsafədən məhv edib. Habelə quru hədəfləri yüksək dəqiqliklə zərərsizləşdirə bilib. Bununla GÖKER silah sistemi imkanlarını təsdiq edərək sınaqlarını tamamlayıb və xidmətə hazır olduğunu göstərib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, GÖKER sistemi sabit obyektlərdə və sərhəd bölgələrində yerləşdirilmək üçün çox aşağı hündürlükdə hava hücumundan və quru təhdidlərinə qarşı müdafiə ehtiyaclarına cavab verəcək şəkildə dizayn edilib.

35 mm-lik tək lüləli GÖKER silah sistemi, ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımından istifadə edərək hava hədəflərinə (mini/mikro PUA-lar, hədəf dronları, helikopterlər və s.) qarşı 4 km-dən çox məsafədə, quru hədəflərinə qarşı isə 5 km-dən çox məsafədə effektiv məhv etmək qabiliyyətinə malikdir.

Elektro-optik nəzarət sistemi ilə komplektləşdirilən GÖKER, uzaqdan idarəetmə qabiliyyətinə, sursatlarla avtomatik qidalanma mexanizmi (OŞMBM) və çevik sensor inteqrasiya infrastrukturuna malikdir.

Əsas texniki xüsusiyyətləri:

    • Çox məqsədli istifadə (quru-hava hücumundan müdafiə)
    • Müstəqil “həssas stabilləşdirilmiş yönləndirici” ilə hədəf aşkarlanmasıvə həsas izləmə
    • Hədəf dəstinə uyğun olaraq tənzimlənən aşkarlama/izləmə alqoritmlərivə silahın atış tempi dəqiqədə 60-550 atəş
    • Effektiv “sursatlarla avtomatik qidalanma mexanizmi”
    • Müxtəlif 35 mm-lik döyüş sursatları ilə istifadəyə yararlılıq (TP-T,HEI, ATOM, ATOM-antidron)
    • Maneə arxasındakı hədəflərə qarşı effektivdir
    • Yüksək effektiv mənzil
    • Şaquli müstəvidə -35 /+95 dərəcə hərəkət qabiliyyəti.

Poliqon.az

CATEGORIES
TAGS