ASELSAN-ın KMS sistemlərinə dost-düşmən tanıma cihazı inteqrasiya edilib

ASELSAN-ın KMS sistemlərinə dost-düşmən tanıma cihazı inteqrasiya edilib

Türkiyənin ASELSAN şirkətinin hazırladığı KMS hava hücumundan müdafiə sistemlərinə ASELSAN istehsalı olan İFF dost-düşmən tanıma cihazı inteqrasiya edilib.

Bu barədə Azeri Defence saytı “C4-Defence”ə istinadən məlumat verib.

Türkiyənin Milli Müdafiə Naziriliyi və Quru Qoşunları Komandanlığı ilə ASELSAN arasında həyata keçirilən İFF MOD-5 (Dost-düşmən tanıma, tanıtma sistemləri) layihəsi çərçivəsində sistemin sınaqları keçirilib.

ASELSAN-ın milli IFF sorğulayıcı test stansiyasından istifadə edilərək keçirilən yer sınaqları zamanı başda MOD-4 və MOD-5 olmaqla bütün MOD-larda testlər uğurla tamamlanıb.

Uçuş sınaqlarında isə “Sikorsky” S70 helikopteri istifadə edilib. Uçuş sınaqları zamanı da bütün MOD-larda testlər uğurla nəticələnib.

ASELSAN mütəxəssislərinin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin aşağı məsafədə hava hücumundan müdafiə ehtiyaclarını qarşılamaq məqəsdilə milli imkanlar hesabına hazırlanmış KMS sisteminin bütün funksiyaları kompüterləşdirilib və son texnologiyalardan istifadə olunub.

562ab158 ad0f 4ba8 8158 3af93845c914

CATEGORIES
TAGS