ASELSAN-ın LUNA-1 peyki “SpaceX Falcon-9” raketi ilə kosmosa buraxılıb

ASELSAN-ın LUNA-1 peyki “SpaceX Falcon-9” raketi ilə kosmosa buraxılıb

ASELSAN-ın LUNA-1 aşağı orbitli IoT peyki “SpaceX Falcon-9” raketi ilə kosmosa buraxılıb.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, peykin telemetriya siqnalları Ankaradakı yerüstü stansiyadan qəbul edilib.

Sözügedən peyk Türkiyəyə bir sıra imkanlar verəcək. Belə ki, peyk üzərindən IoT tətbiqlərinin həyata keçirilməsi, infrastrukturun olmadığı ərazilərdən məlumat toplanması, geniş sahədə sensor kommunikasiyanın təşkil olunması, aşağı enerji sərfiyyatı ilə uzunömürlü IoT bağlantısının reallaşdırılması və aşağı gecikməli məlumat ötürülməsi təmin ediləcək.

LUNA-1 peykini qiymətləndirən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, bu uğur Türkiyənin kosmik sahədə yeni bir mərhələni aşdığını göstərir.

“Bu uğur, kosmos əsaslı rabitə qabiliyyətlərimizin inkişaf etdiyini, aşağı orbitli IoT texnologiyalarında milli həllər yarada bildiyimizi və kritik infrastruktur sahələrində müstəqilliyimizin gücləndiyini açıq şəkildə göstərir. Kosmosda atdığımız hər addım, müdafiədən rabitəyə, kənd təsərrüfatından logistikaya qədər bir çox sahədə ölkəmizə strateji imkanlar qazandırır”, – deyə H.Görgün qeyd edib.

CATEGORIES
TAGS