
ASELSAN-ın TOLUN bombası atış sınaqlarından uğurla keçdi
Türkiyənin ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən TOLUN miniatür bombasının atış sınaqları keçirilib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaqlar zamanı TOLUN bombası F-16 qırıcısından və AKINCI pilotsuz uçuş aparatından (PUA) buraxılıb.
Birinci sınaqda F-16 qırıcısından buraxılan TOLUN, 100+ km uzaqlıqdakı suüstü hədəfi dəqiqliklə vurub.
İkinci sınaqda isə AKINCI PUA-dan buraxılan qəlpəli TOLUN-F və ASAF tapalı bunker dələn TOLUN bombaları hədəfləri dəqiq şəkildə vurmağı bacarıb.







