ASELSAN-ın “Tolun” miniatür bombasının növbəti atış sınaqları keçirilib
Türkiyədə F-16 döyüş təyyarəsindən “Tolun” miniatür bombasının atış sınaqları keçirilib.
Bu barədə “Poliqon”a ASELSAN şirkətindən məlumat verilib.
Məlumatda sınaq zamanı yüksək hündürlükdən və yüksək sürətlə uçan F-16 qırıcısından buraxılan “Tolun” bombasının on kilometrlərlə uzaqda yerləşən yer səthindəki hədəfi dəqiq zərbə ilə məhv etdiyi bildirilib.
GPS/INS tuşlama dəstinə malik “Tolun” miniatür bombası ASELSAN və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə hazırlanıb. Bomba 55 kilometr mənzil daxilində atıldıqda 1 metr qalınlığındakı betonu deşmək və içəridə partlamaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, ötən ilin dekabr ayında “Akıncı” PUA-dan “Tolun” miniatür bombalarının atış sınaqları keçirilib.
CATEGORIES Aselsan