
ASELSAN Polşa Silahlı Qüvvələrinə EW sistemləri tədarük edəcək
Türkiyənin ASELSAN şirkəti Polşa Silahlı Qüvvələrinə elektron müharibə (EW) sistemləri tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd olunub ki, EW sistemlərinin tədarükü üçün tərəflər arasında 410 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.



