
ASELSAN “Şahingözü-OD” sisteminin ilk tədarükünü edib
Türkiyənin ASELSAN şirkəti tərəfindən istehal edilən “Şahingözü-OD” elektro-optik sensor sisteminin ilk tədarükü həyata keçirilib.
Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sosial media hesabında bildirilib.
Paylaşımda qeyd olunub ki, “Şahingözü-OD” elektro-optik sensor sisteminin ilk çatdırılması Jandarma Baş Komandanlığına edilib.
ASELSAN “Şahingözü-OD” sistemini təhdidlərin detallı aşkarlanması və izlənməsi üçün yerli imkanlar hesabına hazırlayıb.
“Şahingözü-OD” sistemi gündüz/gecə və pis hava şərtlərində istifadə edilən 2-ci nəsil termal kameraya və yüksək həssas gündüz kameraya malikdir.
CATEGORIES Xəbərlər