ASELSAN “Sarp-Zafer” döyüş modulunu “TEKNOFEST Azərbaycan”da nümayiş etdirib

ASELSAN “Sarp-Zafer” döyüş modulunu “TEKNOFEST Azərbaycan”da nümayiş etdirib

Türkiyənin ASELSAN şirkəti “TEKNOFEST Azərbaycan” festivalında “Sarp” döyüş modulunun “Sarp-Zafer” adlı konfiqurasiyasını nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, “Sarp-Zafer” döyüş modulunun “Sarp”ın digər konfiqurasiyalarından fərqi, silaha sursatla təchizatının döyüş maşını daxilindən, yəni zirehli avtomobili tərk etmədən həyata keçirilməsidir.

“Sarp-Zafer” uzaqdan idarə edilən stabilləşdirilmiş silah sistemi döyüş meydanındakı ehtiyaclara cavab vermək və kritik obyektləri qorumaq üçün dəqiq kəşf qabiliyyətini effektiv atəş gücü ilə birləşdirir.

Gecə və gündüz, çətin mühitlərdə müşahidə imkanına malik elektro-optik sistemləri, uzaqdan idarəetmə imkanı verən kompüterli atış-kontrol sisteminə malik “Sarp-Zafer” həm sabit obyektlər, həm də nəqliyyat vasitələrinin üzərinə qurula bilmə özəlliyinə sahibdir.

“Sarp-Zafer” silah sistemi taktiki quru nəqliyyat vasitələrində havadan və qurudan gələn təhlükələrə qarşı, eləcə də stasionar obyektlərdə asimmetrik təhlükələrə qarşı istifadə edilə bilər.

“Sarp-Zafer” döyüş moduluna ehtiyaclara uyğun olaraq 12.7 mm çaplı pulemyot, 7.62 mm çaplı pulemyot daxil etmək olur.

Döyüş modulu 400 ədəd 12.7 mm və ya 1000 ədəd 7.62 mm çaplı patron tutumuna malik yüngül sursat xəzinəsinə sahibdir. “Sarp-Zafer” 360° fırlanmaqla 30°,+60° bucaq altındakı hədəfləri nəzarətdə saxlaya və atəş aça bilir.

Qeyd edək ki, ASELSAN istehsalı olan SARP döyüş modulu ailəsinin “Sarp-NSV”, “Sarp-Dual”, “Sarp-NSV Dual”, “Sarp-L”, “Sarp-Zafəe”, “Sarp-Zafer NSV” və “Sarp-KPVT” növləri var.

SARP ZAFER SPOT 3177

Poliqon.az

CATEGORIES