ASELSAN şirkəti BİTES-in bütün hissələrini satın alıb

ASELSAN şirkəti BİTES-in bütün hissələrini satın alıb

Türkiyənin ASELSAN şirkəti “BİTES Savunma Havacılık ve Uzay Teknolojileri Yazılım Elektronik Ticaret A.Ş.” şirkətinin bütün hissələrini satın alıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Qeyd olunub ki, ASELSAN, “BİTES Savunma Havacılık ve Uzay Teknolojileri Yazılım Elektronik Ticaret A.Ş.”nin digər partnyorunun şirkətdəki 49%-lik payını almaqla öz hissəsini 51%-dən 100%-ə yüksəldib.

CATEGORIES
TAGS