ASELSAN şirkəti Malatyada yeni müəssisə inşa edir

ASELSAN şirkəti Malatyada yeni müəssisə inşa edir

ASELSAN şirkəti Türkiyə İkinci Ordu Komandanlığı Qərargahının da yerləşdiyi Malatyada yeni müəssisə inşa edir.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, inşaat işlərinə başlanılan “ASELSAN Malatya” müəssisəsində istehsal, dizayn və logistika fəaliyyətləri yerinə yetiriləcək.

Bildirilib ki, davamlı, inkişaf etdirilə bilən və uzunmüddətli olacaq “ASELSAN Malatya” layihəsinin birinci mərhələsinin sürətlə həyata keçirilməsi planlaşdırılır.

CATEGORIES
TAGS