ASELSAN şirkəti SATCOM peyk rabitə sisteminin tədarükünü tamamlayıb

ASELSAN şirkəti SATCOM peyk rabitə sisteminin tədarükünü tamamlayıb

Türkiyənin ASELSAN şirkəti “Akıncı” hücum pilotsuz uçuş aparatı (PUA) üçün istehsal etdiyi SATCOM peyk rabitəsi sisteminin tədarükünü başa çatdırıb.

“Poliqon” xəbər verir ki, Türkiyənin “Baykar” şirkətinin “Akıncı” PUA platformalarında istifadə edilməsi üçün sifariş edilən hava peyk rabitə terminalları və portativ peyk rabitə sistemlərinin tədarükləri 6 ay müddətində tamamlanıb.

Kəsintisiz peyk izləmə xüsusiyyəti və hərbi standartlara uyğun dizaynı ilə yerli və xarici analoqlarına görə daha çox üstün performans sərgiləyən ASELSAN-ın SATCOM milli peyk rabitə sistemi minlərlə kilometr məsafədən rabitəni təmin edir.

SATCOM sisteminin tətbiqi ilə “Akıncı” PUA-ların uçuş radiusu və əməliyyat imkanları artırılacaq, radioelektron mübarizə sistemlərinə qarşı qorunması daha da güclənəcək. Bundan başqa, Yer Nəzarət Stansiyasından həyata keçirilən idarəetmədə yaşanan əlaqənin kəsilməsi kimi problemlər aradan qaldırılmış olacaq.

Poliqon.az

CATEGORIES
TAGS